\"Rusiya əsgərləri evlərinə tabutda qayıdacaqlar\"
ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi Rusiya əleyhinə son illərin ən sərt mövqeyini bildirib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriyada dinc sakinlərə qarşı hədsiz dağıdıcı təsirə malik bunker və fosfor bombalarından istifadə etdiyi üçün Rusiya-Amerika arasındakı məlumat mübadiləsi tamamilə dayandırılıb.
C.Kirbi birmənalı olaraq Rusiya təyyarələrinin vurulacağını bildirib.
Gələn dedi-qodulara əsasən Suriya müxalifət qüvvələrinə daşınabilən deyil, stasionar Hava Hücumundan Müdafiə Sistemləri verilməsi qərarlaşdırılıb. Stinger kimi minik avtomobilinin arxa oturacağına sığışan mobil sistem yerinə gizlədilməsi daha çətin olan stasionar sistemlərin veriləcəyi danışılır. Böyük bir yük maşınının üstünə qurulmuş sistemin ekstremist və terroristlərin əlinə keçmək imkanı daha zəifdir.