33 rayon özü-özünü dolandıracaq

33 rayon özü-özünü dolandıracaq

2017-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 642,4 mln. manat proqnozlaşdırılır.

Maliyyə Nazirliyindən verilən məlumata görə, 2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 10,6 faiz təşkil edəcəkdir ki, bu da əvvəlki illə müqayisədə 743,5 mln. manat və ya 42,7 faiz azdır.

Yerli gəlirləri öz hesabına təmin edən rayon və şəhərlərin sayı 33-ə çatdırlıb. Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları 2017-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edəcək. Ümumlikdə isə bu rayonlara dotasiya ayrılmayacaq.



OXŞAR XƏBƏRLƏR