Yevlaxda avtomobil qəzasında bir ailənin üç üzvü xəsarət aldı

Hadisə
19:51 / 18.12.2022
11486
Yevlaxda avtomobil qəzasında bir ailənin üç üzvü xəsarət alıb.
Sfera.az-ın məlumatına görə, “VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qəza nəticəsində bir ailənin 3 üzvü, 1969-cu il təvəllüdlü N.Binnətova, 1986-cı il təvəllüdlü F.Məmmədov və onun 8 yaşlı oğlu xəsarət alıb.
Hər üçü xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./report