\"İvanaşvili adamlarımı satın almaq istəyir\"
14:59 / 29.09.2016
1762
Milyarder Bidzina İvanişvili Vahid Milli Hərəkat Partiyasının namizədlərinə seçkidən geri çəkilmələri və partiyanı tərk etmələri üçün pul təklif edib.
Sfera.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb. Onun sözlərinə görə, bütün bunlar İvanişvilinin məğlubiyyətini qaçılmaz edəcək. O, gürcü xalqının dəyişiklik istədiyini bildirib:
"2012-ci ildə biz hakimiyyəti dinc yolla təhvil verdik. 4 il ərzində bir dəfə olsun belə, ölkədəki situasiyanı destabilizasiya etməyə çalışmadıq. Onlar isə bizim hökumətdən fərqli olaraq bütün istiqamətlərdə sabotaj törətdilər”.