16 yaşında qətlə yetirilən Turanın bacısı danışdı: Yarışdan bir gün öncə... - VİDEO

Kriminal
14:36 / 18.12.2022
7530
Olimpiya Kompleksində qətlə yetirilən 16 yaşlı idmançı Turan Rüstəmovun bacısı Gülsüm Rüstəmova qardaşı ilə bağlı xatirələrini bölüşüb
Sfera.az xəbər verir ki, Gülsüm Rüstəmova MTV-yə açıqlamasında mərhum qardaşının çox mehriban və gülərüz olduğunu və onunla xoş günlər keçirdiyini dilə gətirib.
Qeyd edək ki, Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmov ötən ay Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qətlə yetirilib. Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Turan Rüstəmova bıçaqla xəsarət yetirərək qətl törətməkdə şübhəli bilinir.
Manset.az