"Bakını bombalamaq lazımdır" deyən rusiyalı ekspert Universitetdən QOVULDU

MDBMİ-nin Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov Azərbaycana qarşı düşmənçilik ifadələrinə görə universitetdən qovulub.

 

Bu barədə Sfera.az MDBMİ administrasiyasının bəyanatına istinadən xəbər verir.

 

Xatırladaq ki, dekabrın 16-da “RusArmİnfo” telekanalının efirində Mixail Aleksandrov Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə xələl gətirən bəyanatlar vermişdi.

 

Rektorluq qeyd edib ki, Aleksandrov qonşu dost dövlətə münasibətdə Rusiya siyasətinin məqsəd və vəzifələrini kobud şəkildə təhrif edib:

 

“Aleksandrovun bəyanatlarının əsassız aqressivliyi və açıq-aşkar qeyri-peşəkarlığı xarici siyasət ictimaiyyətinin son dərəcə sərt reaksiyasına və hiddətinə səbəb olub. Universitetin imicinə və maraqlarına ciddi zərər dəyib”, – deyə bəyanatda qeyd olunur.

 

“Aleksandrovun hərəkətlərinin MDBMİ əməkdaşı statusuna uyğun gəlməməsi, habelə onun xidməti vəzifələrinə həddindən artıq laqeyd yanaşması ilə bağlı müəyyən edilmiş faktlar əsasında rektor əmək münasibətlərinə xitam verilməsi və M. Aleksandrovun işdən azad edilməsi haqqında əmr imzalayıb” – rektorluq bəyanatını yekunlaşdırıb.


OXŞAR XƏBƏRLƏR