Erdoğan yenə özünü təkzib etdi-VİDEO
14:00 / 29.09.2016
2125
Türkiyə prezidenti R.T.Ərdoğan bu gün muxtarlar toplantısındakı çıxışında yenə Atatürk və İnönüyə ittihamlar irəli sürüb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan 1923-cü ildə başlayan Lozan sülh danışıqlarını zəfər kimi qələmə verənləri qınayıb: "Lozanı bizə zəfər kimi qəbul etdirməyə çalışırlar. Bir az qışqıran səsimizin eşidiləcəyi adaları biz Lozanda verdik. Bizə Sevri göstərib Lozana razı saldılar”.
Qeyd edək ki, bir müddət əvvəl R.T.Ərdoğan Lozan sülh müqaviləsi barədə tamalilə əks fikirlər demişdi. Türkiyə prezidenti Lozanda imzalanan müqaviləni türk millətinin əldə etdiyi uğurların təsdiqi kimi dəyərləndirmişdi.