Xoşqədəm Hidayətqızının qohumu 4 kq narkotiklə TUTULDU – “Kubinka”da əməliyyat

Xoşqədəm Hidayətqızının qohumu 4 kq narkotiklə TUTULDU – “Kubinka”da əməliyyat

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonunda, “Kubinka” adlanan ərazidə iki nəfər şəxs 4 kiloqrama yaxın narkotik vasitə olan metamfetaminin (patı), heroinin və 350 tablet narkotik vasitənin satışı ilə məşğul olarkən saxlanılıb.

Sfera.az-ın əldə etdiyi məlumata görə, saxlanılan şəxslərdən biri -  Şakir Seyfulla oğlu Quliyevin tanınmış aparıcı Xoşqədəm Hidayətqızının qohumudur. Məlumata görə, o, aparıcının xalası nəvəsidir və əslən onunla ilə eyni kənddən - Kəlbəcər rayonun Narınclar kəndindəndir.

 

Bundan əlavə, Şakir Quliyevin 44 günlük Vətən müharibəsi iştirakçısı kimi medallarla təltif edildiyi bildirilir.  Onun əvvəllər məhkumluğu olub.

 

Şakir Quliyev barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR