NATO-nun Baş katibi: “Ukraynada müharibə uzun müddət davam edəcək”

NATO-nun Baş katibi: “Ukraynada müharibə uzun müddət davam edəcək”

“Ukraynadakı münaqişə uzana bilər”.

Sfera.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Frans Press" agentliyinə müsahibəsində deyib.

 

“Rusiya uzunmüddətli müharibə aparmağı planlaşdırır. Biz onların daha çox qüvvə səfərbər etdiyini, itki verməyə hazır olduqlarını və daha çox silah əldə etməyə çalışdıqlarını görürük”, - Stoltenberq bildirib.

 

O, münaqişənin danışıqlar masası arxasında yekunlaşacağına əminliyini ifadə edib və əlavə edib ki, istənilən qərar Ukraynanın “suveren müstəqil dövlət” statusunu təsdiq edəcək. NATO-nun baş katibi həmçinin vurğulayıb ki, münaqişənin nizamlanması üçün ən sürətli yol Kiyevə hərbi dəstək verməkdir.

 

Qeyd edək ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. Bundan sonra Qərb Rusiyaya qarşı irimiqyaslı sanksiyalar tətbiq edib və Kiyevə silah və hərbi texnika tədarükünü milyardlarla dollar artırıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...

Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasındaGÖRÜŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə görüşüb.   Sfera.az xəbər verir ki, görüş İqtisadi Əməkdaş...

Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO

Bakıda daha bir yolun çökmək təhlükəsi var.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.   Görüntülər Bakının ...

Vətəndaş Ədliyyə Nazirliyindən şikayətçidir - TƏFƏRRÜATLAR

Ədliyyə Nazirliyinin icra şöbələrində yüksək vəzifəli şəxslərin şəxsi əlaqələrindən sui‑istifadə hallarına rast gəlinib.   Sfera.az-a daxil olan şika...

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər verir ki, Füzuli Bey...