Bu rusiyalı milyarderlər məhkəməyə müraciət etdilər

Bu rusiyalı milyarderlər məhkəməyə müraciət etdilər

“Alfa-Bank”ın ortaq sahibləri Mixail Fridman, Petr Aven, German Khan, habelə rusiyalı milyarder Gennadi Timçenko və həyat yoldaşı Lüksemburqda Avropa Məhkəməsinə qarşı iddia qaldırıblar.
 

Sfera.az “Bloomberg”ə istinadən bildirir ki, milyarderlər altı həftə ərzində Avropadakı əmlaklarını bəyan etmələri tələb olunan Aİ tələbinə etiraz etmək niyyətindədirlər.
 

Gennadi Timçenkonun vəkilləri iddia edirlər ki, Avropa İttifaqının hakimiyyət orqanları sahibkarları gələcəkdə əmlaklarını müsadirə etmək üçün belə qısa müddətdə bəyannamə verməyə məcbur edir.
 

Qeyd edək ki, əmlakın bəyan edilməsi müddətlərinin pozulması Aİ orqanları tərəfindən sanksiya rejiminin pozulması kimi qiymətləndirilir. Mətbuata açıqlama verən avropalı rəsmilərdən biri qeyd edib ki, aktivlərin gec bəyan edilməsi halında, məhkəmə həqiqətən də qeydiyyata alınmamış əmlakın müsadirəsi ilə cinayət işi başlada bilər.
 

Timçenkonun məhkəmədəki nümayəndələri bu cür məhdudiyyətlərin sanksiyaların effektivliyinə təsir etmədiyini bildirib.

 

Məhkəməyə müraciət edənlərdən biri isə, biznesmen Gennadi Timçenko Vladimir Putinin yaxın dostudur.


Xatırladaq ki, Ukraynada genişmiqyaslı müharibənin başlaması ilə rusiyalı milyarderlərin ümumi varidatı sürətlə azalıb.
 

Ən çox zərəri “Novatek” qaz şirkətinin sahibi Gennadi Timçenko və “Sibur” neft-kimya holdinqinin sahibi Leonid Mixelson çəkib. Onların sərvəti 2022-ci ilin iyun ayına qədər 7,06 və 6,65 milyard dollar azalıb.
 

ABŞ-ın rusiyalı iş adamı Vladimir Potaninə qarşı sanksiyalar tətbiq etdiyini də bildirilir. Beləliklə, Rusiyanın ən varlı adamları arasında ilk onluqdan yalnız iş adamı Mixail Proxorov sanksiyaya məruz qalmayıb.
 

Kanadanın “Şimal axını 1” qaz kəmərinə qarşı sanksiyalarının yenidən qüvvəyə minəcəyi də bildirilir. Kanada hökuməti hesab edir ki, Vladimir Putin qaz kəmərinin tam istismarını bərpa etməyi planlaşdırmır.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...