Facebookda “Like” ilk dəfə cəzaya səbəb olub - İsveçrədə tarix yazan hadisə

Facebookda “Like” ilk dəfə cəzaya səbəb olub - İsveçrədə tarix yazan hadisə

İsveçrədə tarixə düşən məhkəmə prosesində vətəndaş böhtan xarakterli şərhləri “like” etdiyinə görə cərimələnib. Sürix Rayon Məhkəməsindən verilən açıqlamaya görə, 45 yaşlı müttəhim üçüncü şəxslərin heyvan haqları müdafiəçisi Ervin Kessler haqqında sosial mediada etdiyi aldadıcı və təxribatçı şərhləri bəyənib.


Sfera.az bildirir ki, İsveçrənin “Tages Anzeiger” qəzetinin xəbərinə görə, 2015-ci ildə Facebookun bəzi qruplarında şərhlər edilib.



Müzakirə bəzi heyvan hüquqları qruplarının vegan küçə festivalında iştirak edib-etməməsi ilə bağlı olub.



Xəbərin mövzusu olan məhkəmə işində şərhlərə görə məhkum olunan daha bir neçə şəxs var. 2017-ci ildə məhkəmə tərəfindən təqsirli olduğuna qərar verilən müttəhim, başqaları tərəfindən edilən "like"a görə də cəzalandırılan ilk şəxs olub.


Təqsirləndirilən şəxs həmçinin 4000 İsveçrə frankı, yəni təxminən 1500 azn cərimə olunub.



Bəyanatda deyilir ki, müttəhim “bəyən” düyməsini basıb və yersiz şərhləri açıq şəkildə dəstəkləyib.


Sürix Məhkəməsi hakiminin sözlərinə görə, şübhəli şəxs bəyəndiyi Facebook şərhlərinin həqiqiliyini sübut edə bilməyib.



Bununla belə, şərhləri bəyənərək, bu şərhləri daha çox insanın Facebookda görməsinə səbəb olub.



Təqsirləndirilən şəxsin apellyasiya şikayəti vermək hüququ olsa da, növbəti məhkəmələrdə onun şikayəti təmin edilməyib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...

Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasındaGÖRÜŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə görüşüb.   Sfera.az xəbər verir ki, görüş İqtisadi Əməkdaş...

Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO

Bakıda daha bir yolun çökmək təhlükəsi var.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.   Görüntülər Bakının ...

Vətəndaş Ədliyyə Nazirliyindən şikayətçidir - TƏFƏRRÜATLAR

Ədliyyə Nazirliyinin icra şöbələrində yüksək vəzifəli şəxslərin şəxsi əlaqələrindən sui‑istifadə hallarına rast gəlinib.   Sfera.az-a daxil olan şika...