“Azərbaycan bu görüşə “əlini gücləndirərək” gedir” – Sülh müqaviləsi danışıqlarında yeni mərhələ

“Azərbaycan bu görüşə “əlini gücləndirərək” gedir” – Sülh müqaviləsi danışıqlarında yeni mərhələ

“Ola bilsin, dekabrın sonunda Ermənistanın xarici işlər naziri ilə görüşüb sülh müqaviləsi ilə bağlı danışıqlar aparacağıq”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

 

O, həmçinin bildirib ki, son iki il ərzində üçtərəfli formatda müxtəlif vaxtlarda görüşlər keçirilib: “Digər formatlarda görüşlərin keçirilməsi istisna deyil. Azərbaycan tərəfi istənilən formatda görüşlərin keçirilməsini hər zaman dəstəkləyir. Müsbət nəticələr olmasa da, açıq mövzuların müzakirəsi müsbət haldır. Ən azından qarşı tərəf üzərinə götürdüyü öhdəliklərlə bağlı vədlərini də yerinə yetirməlidir”.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, nazirlərin bu görüşü digərlərindən fəqrli olacaq:

 

“Bu görüş Laçın yolunda baş verən proseslər fonunda keçiriləcək və İrəvanın mövqeyində nələrin dəyişəcəyini göstərəcək. Azərbaycan  növbəti danışıqlara əlini kifayət qədər  gücləndirərək qatılır. Ermənistan bir il ərzində aparılan intensiv danışıqlar prosesini pozub. Həm Moskva, həm aktiv olan Brüssel formatı, həm də Vaşinqtonun son vasitəçiliyi nəticəsiz qaldı. Demək olar ki, yola saldığımız ili  itirilmiş il olaraq xarakterizə etmək olar. Halbuki, bu il ərzində sülh müqaviləsi bağlana bilərdi.  Amma, il ərzində bir çox məsələlərə aydınlıq gəldi və Azərbaycan son "yumşaq gücdən" istifadə edərək Qarabağda əsas təzyiq rıçaqlarının əlində olduğunu Ermənistana başa saldı”.

 

Ekspert qeyd edib ki, xarici işlər nazirlərinin növbəti görüşü Moskvanın vasitəçiliyi ilə deyil, Brüssel formatında keçirilərsə, yeni danışıqlar üçün zəmin yarana bilər:

 

“Artıq Avropa İttifaqı da Ermənistanın sülh müqaviləsinin yayınmasından və Rusiyanın vasitəçiliyinə üstünlük verməsindən narahatdır. Sülhü və təhlükəsizliyi təhdid edən Rusiyadır. Moskva prosesdə əsas qızışdırıcı faktor olaraq qalır. Moskvanı prosesdən uzaqlaşdırmaq üçün ciddi mexanizmlər işləyib tapmaq lazımdır. Türkiyə faktoru isə ən optimal variantdır. Avropa İttifaqı da bu kontekstdə Ankaranın vasitəçiliyini irəli sürüb. Xarici işlər nazirlərinin görüşündə Türkiyənin vasitəçiliyi danışıqlar predmeti olacaq. Ermənistan Türkiyənin vasitəçiliyinə razı  olarsa, bu, Ankara-İrəvan əlaqələrinin inkişafına zəmin yaradacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin qadını: Elon Maskın sərvətindən iki dəfə çoxuna sahibdir

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza dünyanın ən zəngin qadınıdır.   Sfera.az bildirir ki, bir ölkənin iqtisadiyyatından daha ç...

Paşinyan: "Ermənistan sülhə sadiqdir..."

Ermənistan-Amerika münasibətləri dinamik inkişaf edir.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ dövlət katib...

Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi

Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də...

İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi

İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.   ...

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...