Tvitter məşhur jurnalistlərə QADAĞA QOYDU

Tvitter məşhur jurnalistlərə QADAĞA QOYDU

Dünyanın ən zəngin ikinci insanı İlon Maska məxsus Tvitter bir neçə yüksək profilli jurnalistin hesablarını izahat vermədən bağlayıb.

 

Sfera.az xəbər verir ki, “CNN”-dən Doni Osallivan, “The New York Times”-dan Rayan Mak, “The Washington Post” Dru Harvell və son həftələrdə Maskın barəsində yazılar yazan digər bir çox jurnalistlərin hesabları həmişəlik olaraq bağlanılıb.

 

Mask buna cavab olaraq bildirib ki, jurnalistlərin hesablarının bağlanılmasına səbəb onun yeni “doxxing” siyasətini pozmaqla canlı lokasiyasını paylaşmaları olub.

 

Osallivan hesabının bağlanmasından bir neçə gün öncə digər hesablara Maskın özəl təyyarəsinin canlı ünvanını paylaşmağa şərait yaradan məşhur “Mastodon” şirkətinin hesabının bağlanıldığını bildirmişdi.

 

Qeyd edək ki, “Doxxing” kiminsə ev ünvanını və ya digər şəxsi məlumatlarını onlayn paylaşmaqla bağlı qaydadır.

 

Orxan


OXŞAR XƏBƏRLƏR