“Mənə texnika lazımdır, iki briqada ilə heç nə edə bilmərəm” – Ukraynanın Baş komandanı

“Mənə texnika lazımdır, iki briqada ilə heç nə edə bilmərəm” – Ukraynanın Baş komandanı

Ukrayna Silahlı Qüvvələrinin  Baş komandanı Valeri Zalujnıy “The Economist”ə  müsahibəsində müharibənin gedişatından danışıb. 

Sfgera.az-ın məlumatına görə, 2014-cü ildən bəri qazanılan təcrübənin Ukraynaya çox kömək etdiyini deyən Zalujnıy fikirlərini bu cür davam etdirib:

 

“Ən mühüm təcrübə odur ki, rusları və hər hansı digər düşmənləri sadəcə öldürmək lazımdır. Ən əsası, bunu etməkdən qorxmamalıyıq. Daha ağıllı olmaq, daha güclü olmaq, daha istedadlı olmaq və bu halda insanlara rəhbərlik etməyə çalışmaq - etiqad etdiyim din budur”.

 

Zalujnıy quru qoşunlarının keçmiş komandiri Gennadi Vorobyovu özü üçün nümunə hesab etdiyini əlavə edib.  O, həmçinin qeyd edib ki, müharibə başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin sıralarından 10 general qovulub, daha biri isə özünü güllələyib.

 

Valeri Ukrayna Silahlı Qüvvələrinin hazırkı mərhələdə üç əsas strateji hədəfi olduğunu da deyib:

 

“Hədəflərimiz - sıraların və mövqelərin saxlanması; resursların toplanması və ehtiyatların, xüsusən də yeni ərazilərdə döyüş əməliyyatları üçün ehtiyatların hazırlanması; həmçinin raket əleyhinə və hava hücumundan müdafiənin gücləndirilməsidir. Rusiyanın isə səfərbərliyi nəticə verdi. Təxminlərimizə görə, onların hazırda ehtiyatda təxminən 1,2-1,5 milyon adamı var. Ruslar 200 minə yaxın yeni qoşun hazırlayır və Kiyevə hücum cəhdi ehtimalından da söz aça bilərik”.

 

Onun sözlərinə görə, hazırda yeni iri əməliyyatların aparılması üçün kifayət qədər vəsait yoxdur: “Düşməni məğlub edə biləcəyimi bilirəm, amma mənə resurs lazımdır. 300 tank, 600-700 SMP, 500 haubitsaya ehtiyacımız var. Bunları əldə etdiyimiz zaman fikrimcə, fevralın 23-dəki sərhədlərə çatmaq kifayət qədər real olacaq. Amma iki briqada ilə bunu edə bilmərəm. Biz daha çox ərazi ələ keçirə bilərik və etməliyik. Ukraynanın növbəti səfərbərlik keçirməsinə ehtiyac yoxdur, lakin texnika və sursat lazımdır”.

 

Zalujniy eyni zamanda digər strateji hədəfin  fevralda, ən yaxşı halda martda, ən pis halda isə yanvarın sonunda baş verə biləcək yeni rus hücumuna qarşı ehtiyat formalaşdırmaq və hazırlamaqdan ibarət olduğunu vurğulayıb. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı müsahibə zamanı Rusiya qoşunlarının komandanı Sergey Surovikini I Pyotrun dövründəki komandirlərlə müqayisə edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...