2022-ci il Azərbaycan üçün nələrlə yadda qaldı? – Xronologiya

2022-ci il Azərbaycan üçün nələrlə yadda qaldı? – Xronologiya

Artıq 2022-ci ilin son günlərini yaşayırıq. Son günlərini yaşadığımız 2022-ci ilin ölkəmiz üçün əsas siyasi hadisələri hansılardır?

2020-ci il 44 günlük müharibədən sonra Azərbaycanın keçdiyi inkişaf yolu, yenidənqurma işləri, siyasi arenadakı uğurlar bu il də tam sürətlə davam etdirildi. Xüsusilə cari ilin “Şuşa ili” elan olunması işğaldan azad olunan ərazilərə göstərilən diqqətin əsas nümunəsi, quruculuq işlərinə təkan verilməsinin bariz nümunəsi oldu.

 

Qeyd edək ki, ilin əvəlində ölkə başçısı Prezident İlham Əliyevin ilk səfəri Ukraynaya oldu. Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunsa da, Rusiya-Ukrayna müharibəsi səbəbilə bəzi layihələrin icrası alınmadı. Lakin tərəflər arasındakı siyasi müstəvidə əlaqələr müsbət konteksdə davam etməkdədir.

 

Bundan sonra, fevral ayında Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Fevral ayının sonlarına doğru AVRONEST Parlament Assambleyasında təmsil olunan Azərbaycan, Gürcüstan, Ukrayna nümayəndələri ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş oldu. Görüşdə Avropa Birliyi-Ermənistan, Azərbaycan-Ermənistan münasibətləri, Ukrayna ətrafında baş verən hadisələr müzakirə olunub.

 

Bundan başqa, fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

 

Eyni zamanda, bu il “Dünya azərbaycanlılarının V qurultayı”, türk dövlətlərinin başçıları ilə görüşlər Türkiyə və Azərbaycan liderlərinin qarşılıqlı səfərləri, Azərbaycan və Ermənistan liderləri arasında Aİ Şurası vasitəçiliyi ilə görüşlər reallaşıb. Eyni zamanda Milli Məclisin sədri Sahibə Qafarova bir çox ölkələrə işgüzar səfəri parlamentlərarası əlaqələrin gücləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyıb.

 

Bu ilin avqust ayında sevindirici xəbəri hərbçilərimiz verdi. Belə ki, "Qisas" əməliyyatı ilə Qırxqız yüksəkliyi, Buzdux dağı və ətrafındakı yüksəkliklər, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər işğaldan azad edildi.

 

2022-ci il siyasi arenada uğurlu il olsa da, təəssüf ki, itkisiz də ötüşməyib. Belə ki, 2– 14 sentyabr Ermənistan Silahlı Qüvvələrinin bölmələri və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ölkə ərazisindəki qanunsuz erməni silahlı dəstəsi Kəlbəcər, Laçın, Tovuz, Daşkəsən və Zəngilan rayonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Baş verən döyüşlər nəticəsində 80 nəfər şəhid olub. Bu hadisələrdən sonra düşmənin 53 döyüş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb.

 

Cari ilin dünya üçün yaratdığı fəsadlar barədə Sfera.az-a danışan millət vəkili Vüqar İskəndərov dünya dövlətlərin hazırkı dönəmdə mübarizə əzmində olduğunu deyib:

 

“2022-ci il Azərbaycan üçün uğurlu illərdən biri hesab oluna bilər. Dünyada baş verən siyasi, iqtisadi böhranlar, müharibələr özü ilə birgə böyük çətinliklər gətirib.  Məsələn, Afrika ölkələrində sürətlə yoxullaşma, terror təhdidləri, qeyri stabil həyat Avropaya böyük qaçqın axını gətirib və Rusiya-Ukrayna arasında gedən müharibənin törətdiyi fəsadlar müxtəlif problemlər yaratmaqdadır. Həm də görürük ki, artıq dünyada yeni siyasi arxitekturalar formalaşır. Bu yeni siyasi mənzərədə ölkələr çalışır ki, öz güclü mövqelərini ortaya qoysunlar və dövlət olaraq sayılıb seçilən mövqedə qərarlaşsınlar. Bütün bunların hər biri isə müasir Azərbaycanın simasında öz əksini tapır”.

 

Millət vəkili 2022-ci ilin Azərbaycan üçün yaddaqaln olduğunu deyib. Deputat ölkəmizin müxtəlif sferalardakı uğurlarından danışıb:

 

“Bütün dediyim problemlərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edərək çox güclü dayaqlar yaradıb. Həm siyasi, həm hərbi, həm də geosiyasi, eyni zamanda iqtisadi anlamda Azərbaycanın gücünün artması, Qoşulmama hərəkatına uğurlu sədrlik, bu təşkilata uğurlu töhfənin verilməsi, beynəlxalq hadisələrə çevik reaksiya mühüm məsələlərdən biridir. Eyni zamanda bölgədə nüfuzun və hərbi-siyasi gücün artması, ikitərəfli, çoxtərəfli müqavilələrin bağlanması 2022-ci ildə Azərbaycanın gücünü daha da çoxaltmış oldu. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin görülməsi, hava limanlarının açılması, yeni yaşayış binalarının təməlinin qoyulması bir daha onu deməyə əsas verir ki, 2022-ci il bir sıra sferalarda Azərbaycan üçün yaddaqalan il olacaq”.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...