ABŞ Ukrayna ordusunun Krım planından narahatdır

ABŞ Ukrayna ordusunun Krım planından narahatdır

ABŞ ordusu Ukraynanın Krımla bağlı planlarından narahatdır.

Sfera.az bildirir ki, bu barədə “The Guardian” nəşri yazıb.

 

“Rusiyanın 30 minlik hərbi kontingentinin Krımdan çıxarılacağı ilə bağlı söhbətlər ABŞ ordusunu narahat edir”, - deyə qəzetdə qeyd olunub.

 

Məlumatda Ukrayna diplomatlarının etirafı da diqqət çəkib. Belə ki, onlar ABŞ-ın eskalasiya ilə bağlı qorxularına görə uzaqmənzilli artilleriya qurğularının tədarükünü dayandırdığını deyiblər.  Bundan əvvəl Ukrayna hakimiyyətinin nümayəndələri ordunun bu qış yarımadanı ələ keçirmək niyyətində olduğu barədə bəyanatlar səsləndiriblər.

 

“The Guardian”  vurğulayıb ki, buna baxmayaraq Qərb Kiyevin Krımı Rusiyadan ala biləcəyinə inanmır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ukraynanın yarımada ilə bağlı planını həyata keçirə biləcəyinə şübhə edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR