\"Formula 1\" biletlərinin qiyməti AÇIQLANDI

\

Beynəlxalq standartlara nisbətən "Formula 1" yarışları üçün biletlərin qiymətlərini iki dəfə endirmişik.

 

Sfera.az xəbər verir ki, bunu Bakı Şəhər Halqasının Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev bildirib.

 

O, Bakı bulvarında ayaq üstü yarış izləri izləmək üçün şəraitin yaradıldığını deyib. Həmin biletlərə isə 56 faiz endirim olacağı qeyd edilib.

 

Qeyd edək ki, ayaq üstü biletlərin qiyməti 40-120 manat, tribuna biletlərinin qiyməti 160-600 manat arasında dəyişir.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR