Azərbaycanda dəhşət: Sərxoş ata oğlunu güllələdi
Hadisə
08:38 / 15.12.2022
5811
Daşkəsəndə güllələnmə hadisəsi olub.
Sfera.az xəbər verir ki, hadisə rayonun Astaf kəndindəki meşədə baş verib.
Gədəbəy sakini Elfaq Abbasov güllə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, E.Abbasov atası tərəfindən ov tüfəngi ilə güllələnib.
Hadisə vaxtı hər iki şəxsin sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)