Nitsşe, Freyd və Rilkeni başdan çıxardaraq tarixə adını yazmış qadın

Nitsşe, Freyd və Rilkeni başdan çıxardaraq tarixə adını yazmış qadın

1861-1937-ci illər arasında yaşamış rus yazıçısı, mütəfəkkiri və psixoanalitiki Lou Andreas Salome 19-cu əsrin sonlarına doğru Avropanın intellektual dairələrinin ağlını başdan alan güclü, gözəl və uğurlu qadındır.

 

Sfera.az tarixin ən maraqlı qadını haqqında yazı təqdim edir.


O qədər kişi gözəl Louya aşiq olub ki, adlar bir araya gələndə təəccüblü nəticə ortaya çıxır.

Açıklama yok.

Romanovların xidmətində olan generalın qızı Lou fransız və alman ədəbiyyatını öyrəndikdən sonra Sürix Universitetində teologiya və dinlər tarixini öyrənib.



O, həyatına daxil olduğu demək olar ki, bütün kişilərə tək aşiq olmur, həm də onların işinə böyük töhfələr verir.

 

Açıklama yok.

Daha sonra Romaya köçən Lou məşhur filosof Nitsşe ilə tanış olur. Nitsşe Louya aşiq olur və şayiələrə görə, hətta ona evlilik təklif edir və rədd cavabı alır.
 

Yenə də şayiələrə görə, o, “Zərdüşt belə deyirdi” kitabını rədd edildikdən sonra baş verən sarsıntının təsiri altında yazıb. Lou həm də ölümündən əvvəl məşhur filosofun əsərləri haqqında araşdırmalar dərc etdirən ilk şəxs olub.

 

Lounun 1887-ci ildə Karl Fridrix Andreas ilə evliliyi 1930-cu ildə Karl vəfat edənə qədər davam edib. Deyilənə görə, bu evlilik Karl Lounu rədd cavabı alacağı təqdirdə onu öldürməklə hədələdikdən sonra baş verib.


Başqa bir şayiədə cütlüyün evlilikləri boyu ayrı evlərdə yaşadığı deyilir.

Açıklama yok.

1897-ci ildə Lou məşhur şair və yazıçı Rainer Maria Rilke ilə tanış olur. Rilkeni ilk görüşdə özündən on beş yaş böyük olan Louya aşiq olur. Lou əvvəlcə bu gənc şairi rədd edir, lakin Rilkenin inadkarlığı üstün gəlir. Beləliklə, onlar arasında məhəbbət, platonik sevgi, dostluq və heyranlığın hökm sürdüyü mürəkkəb və yaradıcı münasibət başlayır.

Rilke və Loudan bu günə gəlib çatan sevgi məktubları onların münasibətlərinin nə qədər sıx olduğunun sübutudur. Lou Rilkeyə çox şey öyrədir ki, onlardan biri də rus dilidir. Bu yolla Rilke Tolstoyu və Puşkini orijinaldan oxumaqdan həzz alır.



“(...) tozlu sadə formada sərhədlərinizə gələn günəş şüası ruhunuzun parlaq dalğasında min dəfə aydın və parlaq olur. Mənim aydın mənbəyim, dünyanı səndən görmək istəyirəm, çünki o zaman mən ancaq səni, səni, səni görürəm”.
 

Rilke məşhur sevgi məktublarından birində böyük sevgisi Louya bəzən Puşkinin sözlərilə müraciət edir.
Açıklama yok.

1911-ci ildə Ziqmund Freydlə tanış olan Lou psixoanaliz metoduna maraq göstərir və o zaman Vyana Psixoanalitik Cəmiyyətinə qəbul edilən yeganə qadın olur. Freyd və Lou arasında qarşılıqlı hörmət və sevgiyə əsaslanan münasibət başlayır.


Açıklama yok.

Əsərlərində xüsusilə narsisizm və qadın haqlarına önəm verən Lou Andreas Salome Nitsşe fəlsəfəsi ilə Freydin psixoanalizini birləşdirən bir düşüncə sistemi ortaya qoyub.

Açıklama yok.

Ömrü boyu azad və müstəqil qadın kimi yaşamağa, sosial normalardan kənara çıxmağa üstünlük verən Lou Andreas Salome bir çox kişilərin ağlını başından alıb.
 

Onun gözəlliyi, qətiyyəti və müstəqilliyi təkcə əks cins üçün deyil, həm də dövrünün həmcinsləri üçün ilham mənbəyi olub.

Açıklama yok.

Aysel

 


OXŞAR XƏBƏRLƏR