Minaya düşənlər 8 nəfər olub - RƏSMİ

Minaya düşənlər 8 nəfər olub - RƏSMİ

Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

 

"Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər", - DİN-in məlumatında bildirilib

 

***

Dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

 

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.

 

Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR