Bu günə qədər ən müəmmalı və hələ də tapılmamış itkin uşaq hekayəsi - “Madeleine McCann"

Bu günə qədər ən müəmmalı və hələ də tapılmamış itkin uşaq hekayəsi - “Madeleine McCann

2007-ci ilin may ayında Portuqaliyada tətildə olan McCann ailəsi bir gecə kiçik qızlarının yoxa çıxması ilə əvvəlcə ingilis, sonra isə dünya mətbuatınım gündəminə çevrilib.


Alqarvedə kirayədə qaldıqları yerin pəncərəsi açılmış, qoyub getdikləri balaca qızcığaz ata-ana axşam yeməyindən qayıdanda yoxa çıxmışdı.



Sfera.az bildirir ki, yaxın tarixin ən müəmmalı itkin uşaq hekayəsi belə başlayıb. 10 illik qorxu, yalan və sirr hekayəsi haqqında hətta “Netflix” də 2019-cu ildə film çəkir.


2007-ci il…. May ayında üç uşaqlı Kate və Gerry McCann cütlüyü Portuqaliyanın Alqarve şəhərinə tətilə gedirlər.


Açıklama yok.


2007-ci il mayın 3-nə keçən gecə cütlük uşaqlarını otel otağında yatırdıqdan sonra cəmi 120 metr aralıdakı restorana gedir. Ata-ana yarım saatdan bir yeməklərinə fasilə verib otağa baxmağa gediblər.

 

Amma axşam saat 22-00-da qeydiyyata düşməyə gedən cütlük pəncərənin açıq olduğunu və dörd yaşlı Madelenin otaqda olmadığını görüblər.
Dərhal axtarışlara başlayan Portuqaliya polisinə İngilis polisi də müdaxilə etməyə çalışarkən, hadisə bütün dünyaya yayılıb. Məşhurların da iştirakı ilə axtarış işlərinə mükafat olaraq 2,5 milyon sterlinq toplanır.

Açıklama yok.

Bu zaman hadisə ilə bağlı şübhələr və uyğunsuzluqlar artmağa başlayır.


Ancaq ən gözlənilməz hadisə valideynlər şübhə mərkəzinə çevrildikdə baş verir.

 

Əslində, şübhəli valideynlər sorğu-sual edilib və ananın çarpaz sorğuda 27 suala qeyri-kafi cavab verdiyi müşahidə edilib.
Hadisənin ilk mərhələsində ailənin birlikdə süfrə arxasında nahar etdiyi 7 nəfərin hər birindən şübhələnilib.
 

Masa arxasında nahar edənlərdən biri olan Ceyn Tanner həmin gecə ədyala bükülmüş əşya daşıyan bir adamı gördüyünü təsvir edir. Bu şəxs Robert Muratdır və o, nəzarətə götürülüb. Bir neçə həftə sonra Ceyn Tanner Robertin daşıdığı şeyin əslində çəhrayı pijamalı bir qız olduğunu açıqlayır.

 

Açıklama yok.Madelenin axtarışları davam etdikcə iş daha da müəmmalı hala gəlir və ailənin qeyri-ardıcıl ifadələri və davranışları ictimaiyyəti daha da qəzəbləndirir.

Daha sonra İngiltərədən olan axtarış-xilasetmə iti valideynlərinin icarəyə götürdüyü maşının yük yerindən Madeleinin oyuncağını və bir neçə paltarını tapıb.
Kiçik qızın ailə tərəfindən sığorta pulu və ya pul toplamaq məqsədilə öldürüldüyü iddiası getdikcə daha da güclənir. Lakin 10 ildən çox vaxt keçməsinə baxmayaraq, Madlen araşdırması hələ də yekunlaşmır.

Açıklama yok.


Bu hekayə 2019-cu ildə “Pulse Films” ilə birgə istehsal olaraq “Netflix”də sənədli filmə çevrilib. Layihənin prodüserləri isl valideynlər Keyt və Gerrinin layihədə iştirak etmək istəmədiklərini açıqlayıblar.



Ailənin ifadəsində polisin araşdırmasının hələ də davam etdiyi bildirilib.

 


Əgər real hekayələr haqqında “Netflix” sənədli filmlərini bəyənirsinizsə, bu kiçik qızın müəmmalı və yalanlarla dolu itmə hekayəsinə həmin platformada baxa bilərsiniz.



(Mənbə: //www.unilad.co.uk/life/netflix)

 

Xanım


OXŞAR XƏBƏRLƏR