FHN Bakıda 24 nəfəri xilas etdi – YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Bakıda qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı yeni məlumat yayıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qurumları tərəfindən sentyabrın 28-də yağan yağışlar nəticəsində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalmış insanların təxliyəsi və yollarda yağış sularının çəkilməsi işləri davam etdirilir.
"Hazırkı vaxta qədər təhlükəsiz ərazilərə üç nəfər azyaşlı olmaqla, 24 nəfər təxliyə olunub”, məlumatda deyilir.
00:09
Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb.
Oxu.Az FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən ikisi azyaşlı olmaqla 17 nəfər xilas edilib.
Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır.