“Qərb Zelenskini güzəştlərə məcbur edir” - “The Wall Street Journal”

“Qərb Zelenskini güzəştlərə məcbur edir” - “The Wall Street Journal”

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin ərazi bütövlüyü ilə bağlı kompromislərə razı ola bilər.

Sfera.az bildirir ki, bu iddia ilə  “The Wall Street Journal” jurnalı çıxış edib. Yazıda Qərbin mövqelərini dəyişdiyi və atəşkəsə hazır olduğu vurğulanıb. Məlumata görə, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Moskva ilə təmaslardan sonra Kiyevə gedib və Zelenskini Rusiya ilə danışıqlar aparmağa, ictimaiyyətə sülh danışıqlarını rədd etməsi ilə əlaqəli çıxışlarını inkar etməyə çağırıb.

 

“Zelenski bir dəfə mübahisəli şərq ərazilərinin statusunun müzakirəsinin lehinə danışıb. 2021-ci ilin dekabrında, yəni Rusiya hərbi əməliyyatı başlamazdan əvvəl o, Donbass və hətta Krımla bağlı referendumun keçirilməsini istisna etməyib. Hətta mart ayında da bu ərazilərin gələcəyi haqqında hələ də söhbət gedirdi. Lakin güzəşt etmək istəyi ABŞ və Britaniya hakimiyyəti tərəfindən ləğv edilib. İlkin məqsəd - Rusiya qoşunlarının xüsusi əməliyyat başlamazdan əvvəl tutduqları mövqelərə qaytarılmasına nail olmaq, Ukraynanın tam ərazi bütövlüyünün bərpası tələbi ilə əvəz olunub”, deyə nəşr qeyd edib.

 

“The Wall Street Journal”ın məlumatına görə, Sullivan Zelenskiyə diqqətini mümkün qədər tez  real məqsədlərə yönəltməyi tövsiyə edib.

 

“Əslində bu o deməkdir ki, ABŞ Krım və Donbass əraziləri üzərində Rusiyanın nəzarətinin saxlanmasına razı ola bilər”.

 

Nəşr bildirib ki, Britaniya zəruri mütləq minimumda israr edir: “Bu da Rusiyanın hücum başlamazdan əvvəl fevralın 23-də tutduğu mövqelərdən geri çəkilməyə borclu olmasından ibarətdir. Almaniya isə Ukraynanın çəkdiyi istənilən qırmızı xətləri dəstəkləyəcəyini bildirib, lakin Rusiya qüvvələrinin bütün “işğal edilmiş” ərazilərdən tamamilə geri çəkilməsini qeyri-real hesab edir. Berlin bu fikirdədir ki, Ukrayna Krımı ələ keçirmək üçün Rusiyaya hücum edərsə, Kremli dərhal kütləvi qırğın silahlarından istifadə etməyə məcbur edəcək”.

 

Nəşrin müəllifləri hesab edir ki, ABŞ və onun NATO müttəfiqləri indi atəşkəsə daha çox hazırdırlar. "Rusiyanın Krımda və xüsusi əməliyyat başlamazdan əvvəl nəzarət etdiyi Donbass rayonlarında qalacağı Qərbə getdikcə daha aydın olur. Tərəflər bu məsələ ilə bağlı danışıqlara daha sonra razılaşa bilər. Lakin indi prioritet məsələ atəşkəs və döyüşlərdə fasiləni təmin etməkdən ibarətdir” – deyə müəlliflər yazıblar.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....

Bakının daha bir küçəsi bağlanır

Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti ta...

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...