Tarixdə ilk dəfə - İlon Mask 30 milyondan çox Twitter istifadəçisini itirəcək

Tarixdə ilk dəfə - İlon Mask 30 milyondan çox Twitter istifadəçisini itirəcək
Yaxın iki il ərzində Amerikanın Twitter şirkəti 32,7 milyon istifadəçisini itirə bilər ki, bu da sosial şəbəkənin bütün auditoriyasının demək olar ki, onda biri deməkdir. 
 
Sfera.az bildirir ki, bu barədə “The Guardian” məlumat yayıb.
 
Nəşr qeyd edir ki, hazırda aktiv Twitter istifadəçilərinin sayı təxminən 368,4 milyon nəfərdir. Bununla belə, yeni sahibi İlon Maskın etdiyi dəyişikliklər heç də bütün istifadəçilərin xoşuna gəlməyib.
 
“Insider Intelligence” analitik şirkətinin fikrincə, insanların sosial şəbəkədən kənara çıxmasına şirkət rəhbərliyindəki xaos səbəb olur. Analitiklər hesab edirlər ki, bu vəziyyət Maskın çoxlu sayda işçini işdən çıxarması səbəbindən yaranıb. Qalan platforma işçiləri yüksək keyfiyyətli moderasiya və texniki xidmət göstərmək üçün kifayət deyil.
 
 
"Bu, tarixdə ilk dəfədir ki, biz dünyada Twitter istifadəçilərinin sayının azalacağını proqnozlaşdırırıq"- deyə “Insider Intelligence” bildirib.
 
Xatırladaq ki, Twitter işçilərinin kütləvi şəkildə ixtisar edilməsi nəticəsində təxminən 3700 nəfər işsiz qalıb. İxtisar xüsusilə dezinformasiyaya qarşı mübarizəyə cavabdeh olan şöbənin dördüncü hissəsinə təsir edib.
Qeyd edək ki, bu yaxınlarda britaniyalı dünya şöhrətli musiqiçi Elton Con da Twitter-dən “təqaüdə çıxdığını” bildirib. O, qərarını sosial şəbəkədə dezinformasiyanın nəzarətsiz şəkildə yayılmağa başlaması ilə əsaslandırıb.
 
Daha əvvəl isə Avropa İttifaqı İlon Maska Twitter-in Aİ-də bloklana və ya məzmun moderasiyası ilə bağlı İttifaqın qaydalarına əməl etmədiyinə görə cərimələnə biləcəyi haqqında xəbərdarlıq edib.
 
Aynil

OXŞAR XƏBƏRLƏR