Qatar yük avtomobili ilə toqquşdu

Qatar yük avtomobili ilə toqquşdu

Bu gün Qatar yük avtomobili ilə toqquşub.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb. 

 

Bildirilib ki, saat 17:30 radələrində qatar Bərdə-Yevlax mənzilinin 22-ci kilometrində  22 km/saat sürətlə (təyin olunmuş sürət 40 km/saat) hərəkətdə olarkən qorunmayan dəmir yolu keçidini keçməyə cəhd edən Qusar rayon sakini Şahin Vitalik oğlu Butayevin idarə etdiyi “ATEKO” markalı AZ 01-CG-402 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

 

Hadisənin baş verməsinə səbəb sürücünün Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərini pozması olub.

 

Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Dəmir yoluna dəymiş ziyanın miqdarı müəyyənləşdirilir. Hadisə aidiyyəti üzrə araşdırılır.

 


OXŞAR XƏBƏRLƏR