Bu ölkədə 2008-dən sonra doğulanlar siqaret ala bilməyəcək
Dünya
15:19 / 13.12.2022
11156
Yeni Zellandiyada gələcək nəsilə siqaret çəkmək rəsmən qadağan edilib.
Sfera.az xəbər verir ki, ölkədə 2023-cü ildən qüvvəyə minəcək qadağaya görə, 2008-ci ildən sonra doğulanlar ömürlük siqaret ala bilməyəcək.
Yaşı 14 və ondan aşağı olan şəxslərin qanuni olaraq siqaret almasının qarşısının alınması ilə bağlı qərar 2023-cü ildə qüvvəyə minəcək.
"Minlərlə insan daha uzun, daha sağlam ömür sürəcək. Səhiyyə sistemi 5 milyard dollar daha yaxşı vəziyyətdə olacaq, çünki siqaretin səbəb olduğu xəstəliklərin, məsələn, xərçəngin bir çox növlərinin müalicəsinə ehtiyac qalmayacaq", - deyə Yeni Zelandiya Səhiyyə Nazirinin müavini Ayesha Verrall qanunun qəbul edilməsi sonrası bildirib.
Nəzrin