Tibb tarixinin daha bir qara ləkəsi - Körpələrin bədən əzaları olmadan doğulmasına səbəb olan dərman

Tibb tarixinin daha bir qara ləkəsi - Körpələrin bədən əzaları olmadan doğulmasına səbəb olan dərman

Tibb elminin məqsədi insanın bütün məchullarını kəşf etmək və xəstəlikləri sağaltmaqdır.
 

Bununla belə, dərdin dərmanı olmaq əvəzinə, dərdin özü dərman olan vaxtlar olub. Tibb tarixinə qara ləkə kimi düşmüş bir hadisə var ki, bütöv bir nəsil bu qara ləkənin yükünü öz çiyinlərində daşımalı olub.

 

Ana və körpəyə heç bir zərəri olmadığı deyilən, hamilə qadınların istifadəsinə icazə verilən, qol-ayaqsız körpələrin dünyaya gəlməsinə səbəb olan Talidomid fəlakəti…
 

Sfera.az tibb tarixinin insanlığa zərər vurmuş növbəti ləkələrindən biri haqqında yazı təqdim edir.


Minlərlə insanın həyatını qaraltmış Talidomid fəlakətinin mənşəyi 63 il əvvələ gedib çıxır.



O dövrün çılğın həkimləri qrupu, aktiv tərkib hissəsi talidomid olan "Contergan" dərmanını istehsal edir. “Chemie Grünenthal” adlı alman əczaçılıq şirkətinin rəhbərliyi ilə istehsal edilən bu dərman hamilə qadınlarda yuxu problemi və səhər bulantılarının qarşısını almaq üçün bazara çıxarılır.

Açıklama yok.

Şirkət bildirir ki, dərman hamilə qadınlar üçün qətiyyən zərərli deyil və onu rahatlıqla istifadə etmək olar. Dörd ildir daxili bazarda qalan dərman daha sonra beynəlxalq distribütor şəbəkəsinə daxil edilir.
 

Təbii ki, o vaxt xəbərlərin yayılma sürəti, təəssüf ki, indiki kimi deyildi. Dərmanın yan təsirləri haqqında eşitmək çox vaxt tələb edir və Thalidomide istifadə edənlər üçün dəhşətli bir zərər ortaya çıxır: 90.000-dən çox hamilə qadın uşağı düşür, 10.000-dən çox qolsuz və ayaqsız körpələr doğulur. Bir çox analar, atalar və uşaqlar reseptsiz Conterganın yaratdığı fəlakətin qurbanı olurlar.Açıklama yok.


Bəs dərman bazara çıxarılmazdan əvvəl aparılan sınaqlarda belə bir təhlükənin ola biləcəyi nəzərə çarpmayıbmı?

Açıklama yok.
 

Əslində, bəli, nəzərə çarpır. Şirkət dərmanı kifayət qədər sınaqdan keçirməsə də, bəzi sınaqlarda yan təsirlər müşahidə olunur. Lakin buna baxmayaraq, şirkət dərmanı buraxmağa üstünlük verir və Contergan tezliklə ən çox satılan dərmanlardan birinə çevrilir.

 

Talidomidə məruz qalan körpələrdə ümumiyyətlə "fokomeliya" olur. Yəni onun əl-ayağı inkişaf edə bilmir, qasıq və ya çiyin nahiyəsindən deformasiyaya uğramış üzvlər çıxır.

Açıklama yok.
Digər anadangəlmə pozğunluqlar inkişafını tamamlamamış barmaqlar şəklində, karlıq, korluq, yarıq damaq və ürək, sinirlər, cinsiyyət orqanları, böyrəklər və həzm sistemindəki qüsurlardır. Zaman keçdikcə dərmanın yan təsirləri eşidilməyə başlanır və 1962-ci ildə dərman bazardan çıxarılır. Amma hadisədən xəbərsiz insanların Contergandan istifadə etməsi davam edir.

 

Normalda bazardan çıxarılaraq belə bir fəlakətə səbəb olan dərmanın istifadəsinin bitəcəyini düşünürsüz, elə deyilmi? Əslində, bir daha istifadə edilməməsi üçün hamısını yandırmalıdırlar. Amma təəssüf ki, belə olmur...

 

Açıklama yok.

Məsələn, israilli həkim Jacob Sheskin 1964-cü ildə bu dərmanı cüzam xəstəliyini müalicə etmək üçün istifadə edir. Yenə eyni xəstəliyin müalicəsində Conterqanın bir neçə dəfə tətbiq edildiyi qeyd edilir. İstifadəsi getdikcə azalsa da, bəzi ölkələrdə talidomidin qurbanlarına hələ də rast gəlinir. 1998-ci ildə Contergan cüzamın müalicəsində, 2008-ci ildə isə çoxlu miyelomun müalicəsində istifadə üçün təsdiq edilmişdir.

Açıklama yok.
On il əvvələ qədər bəzi ölkələrdə talidomid səbəbiylə embriopatiya və fokomeliya halları hələ də müşahidə olunmaqdadır.

Bu gün Almaniyada yaşı 45-55 arasında olan 2500-dən çox Contergan qurbanı var. Dərmanı bazara çıxaran Grünenthal şirkətinin bu ailələrə yanaşması olduqca üzücüdür.



Şirkətin üzr istəməsi onun günahından daha böyükdür.



Dərmanın yan təsirlərini ilk dəfə görən xəstələr əslində ən böyük əziyyəti yaşayırlar. Başlanğıcda xəstəliyinin nə olduğu bilinmədiyi üçün cəmi 5-6 yaşlarında olan uşaqların bəziləri əqli qüsurlu olduğu və ağır müalicələrə məruz qaldığı səbəbi ilə ruhi xəstəxanalara yerləşdirilir.


Heç bir psixi pozğunluğu olmayan bu uşaqlar təəssüf ki, əqli qüsuru olanlarla eyni yerlərdə qalır və onlarla eyni müalicəni alırlar.

Açıklama yok.

Bütün bunlara səbəb olan şirkət tam sürətlə fəaliyyətini davam etdirir. Talidomid qurbanları tez-tez firmanın baş qərargahının yerləşdiyi Stolbergə baş çəkirlər. Şirkətin əməkdaşlarına bu insanlarla ünsiyyət qurmaq qadağandır. Sonrakı dövrlərdə hadisənin gedişatını dəyişən bir inkişaf yaşanır və Talidomidin təsirindən bəhs edən Contergan adlı televiziya filmi çəkilir.



Talidomid fəlakətinin fəsadları demək olar ki, hər ölkəyə yayılanda ölkəmizdə və Türkiyədə vəziyyət necə idi?



Maraqlıdır ki, Türkiyədə Talidomid qurbanı yoxdur.



Talidomid qurbanı olmayan Türkiyədə bunun səbəbi olaraq by dərmanla bağlı kifayət qədər araşdırma aparılmadığı, dərmana lisenziyanın alınmasına icazə verilmədiyi, Türkiyə Səhiyyə Nazirliyi tərəfindən dərmanın ölkəyə girişinə qadağa qoyulduğu bildirilir.



Amerika Birləşmiş Ştatlarının Thalidomiddən təsirlənmədiyi deyilsə də, Türkiyədən fərqli olaraq orada az da olsa, fokomeliya hallarına rast gəlinir.



Klinik sınaq adı ilə ölkəyə gətirilən nümunələr üzündən Amerika dərmanın təsirindən tam xilas ola bilməyib. Digər ölkələrdə zərərçəkmiş ailələr hüquqlarını müdafiə etmək üçün şirkətlə birlikdə məhkəməyə müraciət edirlər. 1960-cı illərdən bu yana bu ailələrə milyonlarla marka ödənilib. Onların bəziləri hələ də məhkəmə prosesindədir.


Aynil

 


OXŞAR XƏBƏRLƏR