Bütün zamanların “ən gözəl intiharı" Bəs kimdir ölərkən belə gözəl görünən bu qız?

Bütün zamanların “ən gözəl intiharı

İlk baxışda gərilmiş bədəni ilə rahat yuxuya getmiş kimi görünən Evelin adlı bu gənc qızın intihar etdiyinə inanmaq çətindir.
 

Bütün zamanların ən gözəl intiharı adlandırılan bu gözəl qızın həyatı tarix səhifələrinə həkk olunub.
 

Bəs kimdir hətta ölərkən belə gözəl görünən bu gənc gözəl qız?
 

Sfera.az Evelinin həyatı haqqında yazı təqdim edir.
 

Evelin 20 sentyabr 1923-cü ildə ABŞ-ın Kaliforniya ştatında anadan olub.


Ailədə 8 uşağın 6-cısı idi. Onun 7 yaşı olanda atasının işi ilə əlaqədar Vaşinqtonda məskunlaşıblar. Narahat ailə mühiti ilə Evelin valideynlərinin dava-dalaşlarının şahidi olaraq böyüməyə məcbur olub. Yaşının kiçik olmasına baxmayaraq, bu davalarda vasitəçilik etməyə çalışaraq anasına təsəlli verirdi. Lakin bu iğtişaşlar daha da böyüyürdü.

Açıklama yok.z
Balaca Evelin bir gün sevdiyi anasından məhrum olacağını bilmədən daha gözəl günlər görmək arzusu ilə yaşayırdı.


Atasına daha tab gətirə, bu davalara dözə bilməyən anası Helen bir gecə gizlicə evdən çıxıb və bir daha geri qayıtmayıb. Evelin də anasını bir daha görməyib. Atası Vinsent Evelin və digər 7 övladı üçün həm ata, həm də ana olmalı idi. Çətin də olsa, o əlindən gələni edərək övladlarını böyütməyə davam edib.
Evelin orta məktəbə başlamağa hazırlaşarkən bu dəfə ailə Nyu Yorka köçüb.

Atası bank müfəttişi işləməyə başlayıb. Evelin orta məktəbi bitirdikdən sonra Qadın Ordusu Korpusuna qoşulur. Bir müddət orduda xidmət etsə də, sonradan işdən çıxıb və maliyyə şirkətində mühasib olub. Evli olan qardaşının yanına köçür. Təxminən o vaxt o, Barry adlı keçmiş Hava Qüvvələri personalı ilə tanış olur və onlar tezliklə nişanlanırlar.

Açıklama yok.

Evelin və Barri fərqli bölgələrdə yaşadıqları üçün Evelin onu ziyarət etmək qərarına gəlir.
 

27 aprel 1947-ci ildə o, Pensilvaniyadakı Lafayette Kollecində Barrini ziyarət etmək üçün 4 günlük səfər edir. Səfərin son günündə Barri Evelinə ikiqat mirvari boyunbağı hədiyyə edir. O, boyunbağını çox bəyənir və ömrünün sonuna qədər onu çıxarmayacağına söz verir. Bu ömür isə çox qısa bir müddət idi, lakin Barri hələ bundan xəbərsiz idi.

Səfərin son günündə Barri Evelini öpərək qatara mindirib.

Evelin Manhettenə gələndə Qubernator Klinton Otelinə gedir. Bir otaq tutur və otağına keçir, son qeydini yazmağa başlayır. O, qeydini, bir neçə dollarını, makiyajını və bir neçə ailə fotoşəkilini çantasına yığır və saat 10:30-da oteldən çıxır. O, dövrün ən hündür binası olan “Empire State”in ziyarətçiləri üçün 86-cı mərtəbədəki rəsədxanaya qalxır.


Paltosunu və pulqabısını rəsədxananın qoruyucu tirinə səliqə ilə qatlayıb qoyur.

Nişanlısının hədiyyə etdiyi mirvari boyunbağısını çıxarıb, əlində möhkəm tutur, sanki boyunbağıdan güc almağa çalışıb. Saat 22:40-da o, məhəccərə qalxaraq 250 metr hündürlükdən 86-cı mərtəbədən aşağı düşüb. Bunu edən zaman ən yaxın xidmətçi ondan 10 metr aralıda idi və sadəcə Evelinə baxırdı.

Açıklama yok.

Evelin 1947-ci il mayın 1-də yüksək səslə Birləşmiş Millətlər Assambleyasına məxsus park edilmiş Cadillac markalı avtomobilə çırpılıb və yerindəcə ölüb.
 

Evelin bütün gözəlliyi ilə, sanki dinc yatmış kimi əlində mirvari boyunbağı ilə uzanmışdı, düşdüyü maşının isə damı çökmüşdü. Dörd dəqiqə sonra yoldan keçən fotoqrafiya tələbəsi Robert C. Wiles, Evelinin gözəllik heykəli kimi uzanan cəsədini bu fotoşəkillə əbədiləşdirib.

 

Otel otağında yazdığı qeyddə o, öləndən sonra heç kimin, xüsusən də ailəsindən heç kimin onun cəsədini görməsini istəmədiyini yazıb.

“Mən istəmirəm ki, nə ailəm, nə də kənarda kimsə mənim bir parçamı görsün. Sizə və ailəmə yalvarıram, cənazəmi yandırın, mənim üçün xatirə, mərasim keçirməyin. Nişanlım iyun ayında mənə evlilik təklifi etdi. Mən heç kimə yaxşı həyat yoldaşı ola biləcəyimi düşünmürəm. O, mənsiz daha yaxşı olacaq. Atama deyin: “Anamla çox oxşar cəhətlərimiz var”.


Onun son sözləri bu intihar qeydində yazılanlar olub.

Evelindən qalan isə təsadüfən çəkilmiş və “Bütün Zamanların Ən Gözəl İntiharı” adlandırılan bu fotodur.

 

Açıklama yok.

Bu hadisənin ən qəribə və paradoks tərəfi “Ailəmin daxilində və ya xaricdə heç kimin mənim bir parçamı görməsini istəmirəm” deyən Evelinin cəsədinin şəklini illər boyu bir çox insanın görməsi oldu.


Bu foto Evelinin son istəklərindən birinin gerçəkləşməsinə mane olub və intiharın deyil, azadlığın simvolu kimi diqqət çəkib.

Açıklama yok.

Fotoşəkil onu görənlərin təsirindən çıxmasını çətinləşdirib. Qızın zərif və sakit formasını heç bir şəkildə zədə almadan görənlər onun öldükdən sonra cənnətə getdiyini düşünürdülər. Doğrudan da, həmin an onu görənlər onun öldüyünə inanmaqda çətinlik çəkiblər. Fotodan da göründüyü kimi o, sanki şirin yuxuya gedib.
İntiharının səbəbi heç vaxt dəqiq bilinməsə də, onun bədbəxt evlilikdən, yaxşı həyat yoldaşı və ya ana olmamaqdan qorxduğu və bu səbəbdən ölməyi üstün tutduğu düşünülürdü.

 

Açıklama yok.
Barri Evelinin mühasib işlədiyi yerdəki kişilərdən qısqanırdı və onun işləməsini istəmirdi. Ziyarət zamanı Barri ona mirvari boyunbağı verənə qədər onlar daim mübahisə ediblər. Səyahət zamanı Evelin gündəliyinə “O, mənsiz daha yaxşı yaşayacaq, mən heç kimə yaxşı həyat yoldaşı ola bilmərəm” yazmışdı.
Belə bir gənc və gözəl insanın ölümü hər hansı bir şəkildə ürəkağrıdandır...

Açıklama yok.

Ölsə də, heç nəyi düzəldə bilmədi. Evelinin bilmədiyi o idi ki, intihar heç nəyin həlli deyil. Onun gedişi ilə heç nə yaxşı getmədi. Evelin ardında ölümündən sonra ömür boyu özünə gələ bilməyən bir ailə və ona çox aşiq olan bir adam qoyub getdi

 

Aynil


OXŞAR XƏBƏRLƏR