Dua Lipa kişi geyimləri nümayiş etdirdi - FOTOLAR
27 yaşlı britaniyalı müğənni Dua Lipa kişi paltarları nümayiş etdirib. Ulduz sosial şəbəkədə yeni dəbli geyimdə şəkillərini paylaşıb.
Sfera.az bildirir ki, ötən gün Kosovo əsilli ulduz Nyu-York ətrafında gəzintiyə çıxıb.
Qış görünüşü üçün o, rahat və dəbli geyim seçib - qara kişi gödəkçəsi, klassik cins şalvar və ağ idman ayaqqabısı.
Aksesuar kimi Dua Lipa parlaq qırmızı papaq və eynək seçib.
"Nyu Yorkla vidalaşaq - Londona qayıtmağın vaxtı gəldi"-deyən britaniyalı müğənni ABŞ-dan bir sıra kadrlara imza atıb.
Qeyd edək ki, Dua Lipa tez-tez uğurlu gündəlik və bayram görünüşlərini nümayiş etdirir. O, öz üslubunu sınaqdan keçirməkdən çəkinmir və tez-tez 2000-ci illərin əvvəllərinin tendensiyalarına müraciət edir.
Xatırladaq ki, bir müddət əvvəl Dua Lipa Albaniya vətəndaşlığını alıb. Bundan bir neçə ay əvvəl o, ailəsinin gəldiyi Kosovo Respublikasının fəxri səfiri olub.
Albaniya prezidenti Kosovo əsilli səhnə ulduzuna vətəndaşlıq verib. Dövlət başçısının sözlərinə görə, Dua Lipa öz yaradıcılığı ilə albanların şöhrətinin beynəlxalq səviyyədə yayılmasında mühüm rol oynayıb.
Bunun üçün sənətçi xüsusi olaraq ölkənin paytaxtı Tiranaya gəlib. O, bütün lazımi sənədləri imzalayıb və and içib.
Bundan əlavə, Dua Lipa pasport fotoşəkillərini çəkib, barmaq izini götürüb və şəxsiyyət vəsiqəsi və pasport üçün ərizə formasını imzalayıb.
“Mən də sənədləri olan alban olacağam”-deyə müğənni bildirib.
Qeyd edək ki, Dua Lipa 1995-ci ildə Londonda kosovodan olan alban mühacirlər Anessa və Dukajin Lipanın ailəsində anadan olub. O, daim milli mənsubiyyətini qeyd edir və doğma yurdunu ziyarət edir. Bundan əlavə, sənətçi bu yaxınlarda Kosovo Respublikasının fəxri səfiri olub.
Ötən ay Dua Lipa eyni zamanda Elton Conun vida konsertində də iştirak edib.
Aysel