İlon Mask müğənnidən olan oğlunu göstərdi - FOTO

İlon Mask müğənnidən olan oğlunu göstərdi - FOTO

X EA-12 atası ilə birlikdə Twitter ofisinə işə gəlib
 

Sfera.az bildirir ki, “SpaceX”in rəhbəri və “Twitter”in yeni sahibi İlon Mask öz səhifəsində müğənni Qraymsdan olan oğlunun fotolarını paylaşıb.



Valideynləri tərəfindən sadəcə X adlandırılan X Æ A-12 (İks Ash A-Twelve) iki yaşındadır və tez-tez atasının şirkətində görünür.

 

İlon Maskın özünün yazdığı kimi, o körpəni Twitterin San-Fransiskodakı baş qərargahına gətirib.

 

İlon Musk şəkillərdən birini: "X gözəl San Fransiskoda"başlığı ilə paylaşıb. Şərhlərdə o, körpənin şirkətin şəxsi bagicinin fotosunu yerləşdirib.



İlon əvvəllər də işləmək üçün kiçik X-i özü ilə ofisə gətirib. Twitter əməkdaşlarının sözlərinə görə, İlon Mask işgüzar görüşlər keçirərkən X tez-tez dəhlizlərdən keçib. İclas otaqlarından biri uşaq otağına çevrilərək oyuncaqlarla doldurulub.

Açıklama yok.

Uşağın anası müğənni Qrayms “Vanity Fair”ə verdiyi son müsahibədə "Mənə elə gəlir ki, İlon həqiqətən də özünün davamını onda görür və mümkün olan hər yerə onu özü ilə aparır"-deyib.

Açıklama yok.

Qeyd edək ki, X İlon Mask və Qraymsın yeganə övladı deyil. 2021-ci ilin sentyabrında ayrılsalar da, Y adlandırdıqları qızları Exa Dark Sideræl (Exa Dark Siderel) dekabr ayında dünyaya gəlib. Həmçinin, onun varlığı təsadüfən məlum olub. Belə ki, Qrayms müsahibə verən zaman qızın arxa otaqda ağlamağı eşidilib.
 

Qrayms qızı da klassik Yapon manqasına işarə edən "Sailor Mars" adlandırır. Bu yaxınlarda o, ilk dəfə qızının şəklini göstərib.
 

Xatırladaq ki, Maskın ümumilikdə doqquz övladı var, onlardan beşi keçmiş həyat yoldaşı Justine Maskdan, daha ikisi isə işçilərindən biri Siobhan Zilisdəndir.
 

Qeyd edək ki, Siobhanın Maskdan əkiz uşaq dünyaya gətirdiyi məlum olduqda, sevgilisi aktrisa Nataşa Bassett Maskı tərk edib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR