12 yaşlı məktəbliyə komissarlıqdan çağırış vərəqəsi gəldi - FOTO
Rusiyada hərbi komissarlıqlarda sıra artıq uşaqlara gəlib. Belə ki, 12 yaşlı şagirdin gündəliyində uşağın ilkin hərbi qeydiyyata alındığı bildirilir.
Sfera.az bildirir ki, bu barədə “Fövqəladə vəziyyət Kansk” Telegram kanalı məlumat yayıb.
Uşağın yaxınları Rusiyada hərbi qeydiyyatın 16-17 yaşdan götürülməsindən şikayətlənirlər. Uşağın yaxınları başa düşə bilmirlər ki, niyə birdən-birə 12 yaşlı oğlan artıq hərbi komissarlığa gəlməyə məcbur edilir.
“Vəziyyət belədir, uşağın 12 yaşı var, Kann hərbi komissarlığından çağırış gəlib... yadıma gəldiyi qədər, məni ilk dəfə 16-17 yaşında qeydiyyata alıblar. Sual olunur : niyə uşağa hərbi komissarlığa gəlməyi və hərbi qulluqçu olmasını tələb edirlər”– deyə oğlanın qohumları qəzəblənir.
Şərhlərdə digər “Çağırışçı” gəncin anaları belə səhvlərin tez-tez baş verməsini izah ediblər. Belə olan halda qadına prokurorluqdan kömək istəməsi tövsiyə olunub.
Digər valideynlər də beş yaşlı və altıncı sinif şagirdlərinə çağırış vərəqələrinin göndərilməsindən şikayətləniblər. Bundan əlavə, 11-ci sinif məzunu Ukraynadakı müharibəyə səfərbər olmaq üçün çağırış vərəqəsi alıb.
Rusiya Müdafiə Nazirliyi bu məlumat haqqında açıqlama verməyib.
Xatırladaq ki, dekabrın 2-də KİV Rusiyada xarici vətəndaşlar üçün hərbi komissarlığa çağırış vərəqələri verməyə başladığını yazıb. Çelyabinskdə bir zavodun 80-ə yaxın əməkdaşı, o cümlədən Belarus və Özbəkistan vətəndaşları hərbi komissarlığa çağrılıb.
Qeyd edəkki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti Rusiyanın müharibəyə göndərilmək üçün 17 yaşlı oğlanları səfərbər etməyə hazırlaşdığını bildirmişdi. Azyaşlılara səfərbərlikdən yayınmamaq üçün Ukraynanın işğal olunmuş ərazilərini tərk etmək qadağan edilib.
Xanım