Putin gələn ay Türkiyəyə gəlir
Dünya
16:54 / 28.09.2016
1518
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfərinin vaxtı və məqsədi açıqlanıb.
Sfera.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu V. Putinin Türkiyəyə oktyabrın 11-də səfər edəcəyini açıqlayıb.
Səfərin məqsədi Türkiyə-Rusiya Birgə İqtisadi Komissiyasının iclasında iştirak etməkdir.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub.
Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.