ABŞ-dan Rusiya və Çinə qarşı yeni SANKSİYALAR

ABŞ-dan Rusiya və Çinə qarşı yeni SANKSİYALAR

ABŞ Rusiya və Çinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Sfera.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

 

Nəşrin məlumatına görə, məhdudiyyətlər çərçivəsində ABŞ-da korrupsiya və insan haqlarını pozmaqda ittiham olunan yüksək rütbəli dövlət və hərbi məmurların, eləcə də işgüzar dairələrin nümayəndələrinin aktivlərinin dondurulması planlaşdırılır.

 

Həmçinin, onların ABŞ-a girişi məhdudlaşdırılacaq və onlarla iş görmək qadağan ediləcək. ABŞ administrasiyası həmçinin Rusiya müdafiə sənayesinin bir neçə müəssisəsinə sanksiyalar tətbiq etməyi planlaşdırır.

 

Eyni zamanda, Cozef Bayden administrasiyası Sakit okeanda qanunsuz balıq ovu ilə məşğul olan 170-ə yaxın iri Çin təşkilatına məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR