Göydən daş yağdı-VİDEO
14:43 / 28.09.2016
1848
Avstraliyanın şimal şərqindəki Quinsland ştatının Qladstoun şəhərinin yaxınlığında dənizə meteor düşüb. Göydən yağan daş sakinləri qorxuya salıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, yerli saatla 8.30 radələrində səmada peyda olan və sürətlə yerə yaxınlaşan parlaq işığı görən sakinlər sahilə üz tutublar.
Nəhəng işıq topası günəş kimi yandıqdan sonra gurultuyla dənizə düşüb.
Meteorun yaratdığı dəhşətli səs şəhərdə bəzi evlərin şüşələrini qırıb, insanlar arasında panikaya səbəb olub.
Metereologiya mütəxəssislərin düşən cismin nə olması barədə hələlik hansısa ehtimallarının olmadıqlarını deyiblər. Harvard universitetinin astrofizika professoru Conatan MakDouel meteorun təqribən bir metr diametrində olduğunu bildirərək bunun son illərdə yerə düşən səma cismləri arasında ən böyüyü olduğunu qeyd edib.