Makaron və şirniyyat bədən quruluşumu formada saxlamağa kömək edir - Monika Beluççi

Makaron və şirniyyat bədən quruluşumu formada saxlamağa kömək edir - Monika Beluççi

58 yaşlı aktrisa və model Monika Belluççi “Madam Magasine” jurnalının yanvar-fevral buraxılışının üz qabığının qəhrəmanı olub.



Sfera.az bildirir ki, “Madam” jurnalının səhifələrində dəbdəbəli qadın obrazları ilə yanaşı, həm də uzun illər siması olduğu “Cartier” zərgərlik evinin zinət əşyaları ilə yer alıb.

Açıklama yok.



Jurnalın üz qabığında aktrisa paletlərlə işlənmiş şəffaf koftada pozalar verir və alt paltarının olmadığını gizlətmir.




Çəkiliş prosesində o, həm də eleqant şalvar kostyumları, hündür dəri əlcəkli zərif qara paltarlar, kaşmir palto və parlaq qara plaş geyinib.


Açıklama yok.

Məşhurun ​​barmaqlarında və boynunda orijinal Cartier zinət əşyaları onsuz da dəbdəbəli şəkillərə parıltı əlavə edib.



Aktrisa fotosessiyadan əlavə jurnalistlərin 35 sualını cavablandırıb. Monika xüsusilə, yeməyi çox sevdiyini etiraf edib və çəkilişdən də əvvəl fürsətdən istifadə edib rəfiqəsi ilə quru meyvələrlə italyan pastası- panettonenin dadına baxdığını bildirib.

Açıklama yok.

Monika özü tez-tez mətbəxdə vaxt keçirir. Onun sözlərinə görə, onun üçün ən dadlı şeylər ən sadə üsulla hazırlananlardır. Monika ən çox pomidor və reyhanlı makaronu gözəl hazırladığını və tərifləndiyini bildirib. O, şirniyyat və makaron sevdiyini, bu da qəribə bir şəkildə onun bədən quruluşunu qoruduğunu, formasını gözəlləşdirdiyini deyib.



Monikanın insanda nəyi ən gözəl hesab etdiyini soruşduqda, o “nəcib ruhdur” - cavabını verib. Belluççi uğurunu yeni şeylər kəşf etmək istəyinə borcludur və kiçik qara paltarları qarderobunda ən yaxşı şey adlandırıb.

Açıklama yok.

Gözəllik ilahəsi həmçinin etiraf edib ki, Vinsent Kassellə evlilikdən dünyaya gətirdiyi qızları Belucci və Leoni ona mütləq sevgini öyrədir. Buna görə də yorucu bir gündən sonra onun üçün bir şey xüsusilə vacibdir: qızları ilə ünsiyyət. Evə gələndə ilk işi onları öpmək olur.



Xatırladaq ki, böyük qızı Belucci anasının yolunu davam etdirmək qərarına gəlib və tezliklə ilk filmində rol alacaq.


OXŞAR XƏBƏRLƏR

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   Sfera.az xəbər verir ki, b...

“Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir - ŞƏRH

Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müq...

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...