Çörək sexinə bomba düşdü

Çörək sexinə bomba düşdü
 
Suriyada hava hücumu nəticəsində 6 nəfər ölüb, beş nəfər isə yaralanıb.
Sfera.az-ın Türkiyən mətbuatına istinadən xəbər verir ki, Əsəd rejimi tərəfindən mühasirədə olan Hələb şəhərindəki çörək sexinə təyyarədən atılan atəş nəticəsində mərbi düşüb. Hələbin mülki müdafiə məmuru babiris Meşalın verdiyi məlumata görə kimə məxsus olduğu bilinməyən təyyarə şəhərin Maadi məhəlləsindəki çörək sexinə atəş açıb. İlkin məlumatlara görə, orada işləyən və çörək növbəsində olan 6 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Qeyd olunur ki, sentyabrın 19-da Əsəd rejiminin Rusiyanın köməyi ilə Hələbə etdiyi hava hücumları nəticəsində 500-ə qədər insan həlak olub, 600-dən çoxu isə yaralanıb.




OXŞAR XƏBƏRLƏR