Azərbaycan 37-ci yerdədir
13:58 / 28.09.2016
1646
Sentyabrın 28-də Dünya İqtisadi Forumu 2016-2017-ci illər üzrə qlobal rəqabətlilik indeksini açıqlayıb. Sfera.az Novator.az-a istinadən xəbər verir ki, Azərbaycan 138 ölkə arasında 37-ci yerdə qərarlaşıb. Ötən hesabatda Azərbaycan 140 ölkə arasında 40-cı yerdə idi.
Yeni reytinq cədvəlinə İsveçrə, Sinqapur və ABŞ başçılıq edir.
Keçmiş SSRİ məkanından Rusiya 43-cü, Qazaxıstan 53-cü, Gürcüstan 59-cu, Tacikistan 77-ci, Ermənistan 79-cu, Ukrayna 85-ci, Moldova 100-cü, Qırğızıstan 111-cidir.
Dünya İqtisadi Forumu qlobal rəqabətlilik reytinqini iş adamları arasında sorğu və müxtəlif mənbələrə istinadla tərtib edir.
Türkiyə reytinq cədvəlində 55-ci, İran 76-cı pillədədir.