Putinin səhhəti ilə bağlı GÖZLƏNİLƏN AÇIQLAMA - Rusiya səssizliyini pozdu...
Ukrayna savaşının ilk günlərindən Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı onlarla iddia irəli sürülüb. Rusiya lideri ilə bağlı sonuncu iddia onun pilləkənlərdən yıxılması olub. Kremldəki mənbələrə əsaslanan məlumata görə, müayinədən sonra ona koksidiniya (quyruq sümüyü ağrısı) və yumşaq toxumalarda çürümə diaqnozu qoyulub.
Sfera.az bildirir ki, Rusiya həftələr sonra sözügedən iddialarla bağlı səssizliyini pozub. Belə ki, Rusiya Federasiyası Rəyasət Heyətinin Mətbuat və İnformasiya İdarəsi bu barədə sualları cavablandırıb. Qurum “Sorğu ilə bağlı deyə bilərik ki, bu informasiyalar tamamilə yanlışdır”, deyə qeyd edib.
Xatırladaq ki, keçən həftələrdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agenti həkimlərin Putin üçün təyin etdikləri yaşama müddətini açıqlamışdı. O, Rusiya liderinin maksimum 3 il ömrünün qaldığını demişdi. Putinin səhhəti ilə bağlı əsas iddialar arasında isə parkinson və xərçəng xəstəlikləri ön plana çıxıb.
Günay Rəsulqızı