“2023-cü ildə Rusiya iqtisadiyyatında böhran dərinləşəcək” – “Alfa-Bank”

“2023-cü ildə Rusiya iqtisadiyyatında böhran dərinləşəcək” – “Alfa-Bank”

2023-cü ildə Rusiya iqtisadiyyatında dərin böhran gözlənilir.

 

Sfera.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu haqda proqnozu Rusiyanın “Alfa-Bank”nın iqtisadçıları açıqlayıb.

 

Bank iqtisadçıları əmindirlər ki, gələn il Rusiya iqtisadiyyatının tənəzzülü qlobal maliyyə böhranından bəri rekord səviyyəyə çatacaq. Onların hesablamalarına görə, 2023-cü ildə ölkənin ümumi daxili məhsul (ÜDM) istehsalı 6,5% azala bilər.

 

Eyni zamanda, Rusiyada istehlak tələbinin azalması və şəxsi kapitalın xaricə axını gözlənilir. Bank, gələn ilin sonuna kimi inflyasiyanın 6%-ə qədər güclənəcəyini də təxmin edir. “Alfa-Bank” Makroiqtisadi Təhlil Mərkəzinin rəhbəri Natalya Orlova deyib ki, reallıqda çox şey proseslərin mənfiyə doğru gedəcəyinə işarə edir:

 

“Əhali azalır və Rusiyadan miqrasiya axını var. Bu o deməkdir ki, istehlak bazarları üçün gələn ilin üfüqləri buludlu olacaq. İnvestisiyalarda azalma ikinci mühüm komponentdir. Ölkəmizdə mülkiyyət dəyişikliyi səbəbindən investisiya planlarını əhəmiyyətli dərəcədə dəyişib. Bu mənada gələn il investisiya aktivliyi azala bilər. Üçüncü mühüm amil ixrac riskləridir. Bazar hazırda neftin qiymətinin tavanına diqqət yetirir, “Qazprom” ixrac həcminin azaldığını bildirir. Proqnoz verən zaman sadaladığımız bütün risk sahələri nəzərə alınmalıdır”.

 

Qeyd edək ki, Rusiyanın Mərkəzi Bankı gələn il ölkə iqtisadiyyatında 2,3 faizlik kiçilməni proqnozlaşdırır.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir” - FOTO

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...