Azərbaycanın qeyri-neft ixracında yeni rekord olacaq – RƏQƏMLƏR

Azərbaycanın qeyri-neft ixracında yeni rekord olacaq – RƏQƏMLƏR

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi ixracı 36,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,7 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on bir ayı ilə müqayisədə 14% artıb.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi açıqlayıb.

 

Dinamika göstərir ki, ilin sonunda Azərbaycanın qeyri-neft mallarının ixrac dəyəri 3 milyard dollar çatacaq. Bu həm 2021-ci il, həm də əvvəlki illərlə müqayisədə ən yüksək göstərici olacaq.

 

Mərkəzin məlumatına əsasən, 2022-ci ilin yanvar-noyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 77,4%, alüminium və ondan hazırlanan məmulatların ixracı 23%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3%, çay ixracı isə 43% artıb. Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 802,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2%-ni formalaşdırıb.

 

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5% artıb. 2022-ci ilin noyabr ayının qeyri-neft ixracı 302,1 milyon ABŞ dolları təşkil edib. Ötən ilin noyabrı ilə müqayisədə aylıq ixrac 1,4 faiz azalıb. 2022-ci ilin noyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 126,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 175,7 milyon ABŞ dollarına bərabər olub.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...

Pensiyaçılarla bağlı vacib AÇIQLAMA

Əmək fəaliyyətini illərlə davam etdirib, nəhayət pensiyaya çıxan insanların həyatında yeni bir mərhələ başlayır. Lakin bu mərhələ Azərbaycanda bir çoxları üçün ...