Ukrayna münaqişəsinin “TƏHLÜKƏLİ RAUNDU”: “NATO-nun birbaşa müdaxilə riski var”
“Ukrayna Silahlı Qüvvələrinin (APU) Rusiya hərbi aerodromlarına zərbə endirmək cəhdi münaqişənin “təhlükəli raundu”a çevrilməsi deməkdir”.
Sfera.az bildirir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı, NATO-nun Avropadakı müttəfiq qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis deyib.
“Bloomberg”in köşə yazısında bu barədə xəbərdarlıq edən ekspert hesab edir ki, indi Qərb tərəfdaşları ukraynalıları “sakitləşdirməyə” çalışacaq:
“Onları daha böyük hücumlar həyata keçirməkdən çəkinməyə məcbur edəcəklər. Əks halda, münaqişənin daha da inkişafı və NATO-nun birbaşa müdaxiləsi riski böyükdür”.
Stavridisin fikrincə, NATO Kiyevə təkmilləşdirilmiş hava hücumundan müdafiə sistemlərinin, eləcə də qırıcıların tədarükünü artırmaq vədini ləngidə bilər.
Qeyd edək ki, dünən Dyagilevo və Engelsdəki uzun mənzilli aviasiya aerodromlarına hücum edilib. Üç əsgər həlak olub, daha dörd əsgər yaralanıb. Bundan sonra rus qoşunları havadan və dənizdən yüksək dəqiqlikli silahlarla Ukraynanın infrastrukturuna kütləvi zərbələr endirib. Müdafiə Nazirliyinin nümayəndəsi Konaşenkovun sözlərinə görə, hədəf kimi müdafiə kompleksinin obyektləri, rabitə qovşaqları, enerji və hərbi hissələr təyin edilib.
Günay Rəsulqızı