“Artıq Artsax yoxdur, Azərbaycan istədiyini edir və edəcək” – Erməni politoloq

“Artıq Artsax yoxdur, Azərbaycan istədiyini edir və edəcək” – Erməni politoloq

"Ermənistan hakimiyyəti Qarabağın Azərbaycanın tərkibində qalması ilə razılaşıb. Bu, o deməkdir ki, artıq Artsax yoxdur".

Sfera.az xəbər verir ki, bunu politoloq Yervand Bozoyan deyib. Politoloq Azərbaycanın bütün istəklərinə çatacağını qeyd edib:

 

"Azərbaycan özü qərar verir ki, Stepanakert, yoxsa Xankəndi demək lazımdır. Rəsmi İrəvan bütün bunlara cavab vermir, cəmiyyət biganədir, ona görə də başa düşməliyik ki, gec-tez Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərə çatacaq. Ermənistan üçün də belədirsə, niyə Rusiya və ya Fransa Azərbaycanın hərəkətlərinə müqavimət göstərməlidir? Ermənistan hakimiyyətinin davranışının dərin səbəbləri var. Bu insanlar əvvəldən belə bir fikirdə idilər ki, Ermənistan yalnız Azərbaycan və Türkiyə ilə kommunikasiyalar açılsa inkişaf edə bilər. O adamlar 20 ildir ki, Artsaxın bu məsələdə maneə olduğunu düşünürdülər, cəmiyyətin güclü kütləsi də bu fikirdədir ki, Artsax olmasaydı, Ermənistan Azərbaycan və Türkiyə ilə birlikdə böyük inkişaf yaşayardı. Nikol Paşinyan bu yanlış ideoloji əsasda hakimiyyətə gəldi, səmimi olaraq belə fikirləşdi, amma bu gün o, çaşqınlıq içindədir, çünki Azərbaycan Zəngəzurdan, hətta İrəvandan da danışır. Nikol Paşinyanın hakimiyyəti ideoloji cəhətdən çöküb. Əliyev Paşinyanın ideyalarını məhv edir. Bu mənada təəccüblənməyə dəyməz ki, azərbaycanlılar bütün məqsədlərinə fərq qoymadan nail olacaqlar".

 

Y.Bozoyan Ermənistanın zaman-zaman itkilərə məruz qalacağını vurğulayıb:

 

"Əgər cəmiyyət biganədirsə, tələbkar deyilsə, sağlam ideyalar ətrafında birləşmək istəmirsə, düşmən həmin fürsətdən istifadə edərək istədiyini edəcək. Addım-addım itkilərimiz olacaq, əvvəlcə Artsaxda, sonra Ermənistanda. Bu ehtimalım ifrat görünə bilər, amma mən bunu deyirəm -  Ermənistan hakimiyyətinin çaşqın vəziyyətini görüb, mina xəritələrini istəyəcəklər, maddi təzminat tələb edəcəklər, nə istəsələr, edəcəklər. Onlar fürsətdən istifadə edib düzgün iş görürlər, niyə olmasın? Özünüz biganə olduğunuz halda kimisə günahlandırmaq lazım deyil".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...

Pensiyaçılarla bağlı vacib AÇIQLAMA

Əmək fəaliyyətini illərlə davam etdirib, nəhayət pensiyaya çıxan insanların həyatında yeni bir mərhələ başlayır. Lakin bu mərhələ Azərbaycanda bir çoxları üçün ...