“Neftin qiyməti ilə bağlı proqnozlar nikbin deyil” – Vüqar Bayramov 

“Neftin qiyməti ilə bağlı proqnozlar nikbin deyil” – Vüqar Bayramov 

Millət vəkili, iqtisadçı Vüqar Bayramov neft qiymətlərinin bir qədər də enəcəyini proqnozlaşdırır.

 

Sfera.az xəbər verir ki, V.Bayramov Avropa İttifaqının Rusiyadan idxal etdiyi neftin hər barelinə 60 dollar qiymət tavanı müəyyənləşdirməsinin neft qiymətləri ilə bağlı pessimistlik yaradan səbəblərdən biri olduğunu deyib:

 

“Bu qərar birjalara təsirsiz ötüşmədi. Hələlik bazarda qiymətlərdə ciddi dəyişkənlik müşahidə olunmasa da dekabrın ilk günündən bəri bir bareli 90 dollara təklif edilən “Brent” markalı neftin qiyməti kəskin azalaraq 83 dollara düşüb. Bu, son 4 gündə neftin qiymətində 8 faizdən çox azalmanın olması anlamına gəlir”.

 

V.Bayramov əsas neft ixracatçısı olan Səudiyyə Ərəbistanın və əsas neft idxaçlısı olan Çinin neft qiymətlərinin enməsinə səbəb olan addım atdığını da söyləyib:

 

“”Saudi Aramco” yanvar təkliflərində Asiya üçün hər bareldə 2,20 dollar, “The Saudi” isə Avropa üçün 1,8 dollar qiymət azalmasına gedib. Bu, iri istehsalçıların neft bazarında baş verənlərə və eləcə də Qərbin qərarlarına priventiv reaksiyasından xəbər verir. Digər tərəfdən Çin karantin qaydalarını yumşaltsa da “Sıfır COVİD” siyasətinin davam edəcəyini bəyan edib. Bu isə o deməkdir ki, yaxın aylarda da Çində neftə olan tələb yüksəlməyəcək. Dünyanın ikinci ən böyük neft istehlakçısındakı qərarlar neft bazarına birbaşa təsir edən faktorlar sırasındadır. Bu baxımdan, 2023-cü il üçün də neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar hələlik nikbin deyil”.

 

V.Bayramov neft qiymətlərindəki dəyişikliyin Azərbaycan üçün əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Onun fikrincə, indiki qiymətlər Azərbaycana problem yaratmasa da daha çox ucuzlaşma gələcəkdə müəyyən çətinliklər yarada bilər: “Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımdan əhəmiyyətlidir. Valyuta daxilolmalarının 80 faizi neft və neft məhsullarının payına düşür. Ölkəyə daxil olan valyutanın həcmi eyni zamanda milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur. Bu baxımdan, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir”.

 

Xatırladaq ki, Azərbaycanın 2023-cü ilin dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...