Rusiyanın İsveçrə banklarındakı sərvəti AÇIQLANDI: 123 şəxsin bu ölkədə aktivi var 

Rusiyanın İsveçrə banklarındakı sərvəti AÇIQLANDI: 123 şəxsin bu ölkədə aktivi var 

İsveçrə banklarında Rusiyanın dövlət və özəl şəxslərinə məxsus 49 milyard dollar dəyərində aktivi var.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda məlumatı İsveçrənin İqtisadiyyat Katibliyi (SECO) açıqlayıb.

 

İsveçrə hökuməti ilk dəfə olaraq ölkənin banklarında mövcud olan Rusiya sərvəti haqqında ətraflı açıqlama verib. SECO bəyan edib ki, 123 Rusiya vətəndaşının və ya qurumunun ölkə banklarındakı ümumi aktivləri 46,1 milyard frank (49 milyard dollar) təşkil edir. SECO-nun ikitərəfli iqtisadi əlaqələr üzrə rəhbəri Ervin Bollinqer bildirib ki, sanksiyaya məruz qalan məbləğ Rusiyanın İsveçrədəki bütün aktivlərinin yalnız bir hissəsidir. İsveçrə hökumətinin qərarına əsasən Rusiya Ukraynanı işğal etdikdən sonra İsveçrə banklarına böyük məbləğdə pul qoya bilmir.

 

Qərara görə İsveçrə banklarına Rusiya vətəndaşlarından maksimum 100 000 İsveçrə frankı (106 000 dollar) qəbul etmək hüququ verilib.

 

Qeyd edək ki, bir müddət öncə İsveçrə Bankirlər Assosiasiyası ölkə banklarında Rusiya aktivlərinin ən azı 150 milyard frank olduğunu açıqlamışdı. İki məlumatın təhlilindən belə aydın olur ki, İsveçrə hökuməti Rusiyanın fiziki və hüquqi şəxslərinə aid aktivlərin təxminən 100 milyard franklıq hissəsini dondurub.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...