Neftin qiymətləri OPEK-in qeyri-rəsmi toplantısı öncəsi bahalaşıb

Neftin qiymətləri OPEK-in qeyri-rəsmi toplantısı öncəsi bahalaşıb

 

Dünya bazarlarında neftin qiyməti bahalaşıb. 

Sfera.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,16% bahalaşaraq 44,74 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar və ya 0,57% artaraq 46,23 dollar olub.

Qeyd edək ki, bu gün OPEK-in qeyri-rəsmi toplantısının olacağı, üzv və qeyri-üzv ölkələrin hasilatın dondurulması ilə bağlı hər hansı razılığa gələcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR