Aysun: "Yeni evimdə həyat yoldaşımla qalacam" – VİDEO 

Aysun:

"Evim Bakıda yeni tikili binaların birində, 13-cü mərtəbədədir. Elə böyük bir ev deyil. Üç otaqlı mənzildir. İnşallah bu həftə yeni evimə köçürəm".  

 

Sfera.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.

 

Sənətçi bildirib ki, yeni mənzilində həyat yoldaşı Eşqin Cəlilovla birgə yaşayacaq.
 

"Evin əşyalarını reklamla doldurmuşam. Bütün cehizlərimi reklama almışam. Bir çox əşyalarımın alınması anamın köməyi ilə olub. Amma, bir şeyi pulsuz ala bilirəmsə, niyə ona pul verim? Reklamla edə bilirəmsə, heç vaxt ona pul vermərəm. Xərcsiz qızam. Üç otağın biri mənim qarderobum, biri qonaq, biri də yataq otağıdır.

 

Ailəliyəm, həyat yoldaşımla (Eşqin Cəlilov – red.) qalacam. Söz-söhbət olanda olur, heç nə olmaz. Min şükür, hər şey yaxşıdır”.
 

Qeyd edək ki, bir neçə ay əvvəl cütlüyün boşandığı iddia olunmuşdu. Lakin Aysun son müsahibəsində yayılan bu xəbərlərin əsassız olduğunu və Eşqinlə barışdığını bildirib.


OXŞAR XƏBƏRLƏR

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...