Ərdoğan və Əminəni onlar canlandıracaq – Reklama 1 milyon ayrılıb
23:12 / 27.09.2016
1989
Prezident Rəcəb Tayyib Ərdoğanı Məhəmməd Erbekin, həyat yoldaşı Əminə Ərdoğanı isə Perihan Savaşın canlandırdığı "Oyanış" filminin ilk görüntüləri yayımlanıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 May 1960-cı il hərbi çevrilişindən, 8-ci prezident Turqut Özalın şübhəli ölümündən, 15 iyul hərbi çevriliş cəhdindən və prezident Rəcəb Tayyib Ərdoğanın siyasi həyatından bəhs edəcək filmin çəkilişləri artıq başlayıb. Üç lider - Adnan Menderes, Turqut Özal və Rəcəb Tayyib Ərdoğanın bənzərlərinin tapılması üçün həyata keçirilən kastinqlər iki ay davam edib. Sonunda Turqut Özalı Adəm Göçmen, Adnan Menderesi də Murat Cumaoğlunun canlandırmasına qərar verilib. Filmdə Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan rollarında isə Məhəmməd Erbek ilə Perihan Savaş kamera qarşısına keçib.
Prodüserliyini "Racon Media”nın, rejissorluğunu Əli Avcının boynuna götürdüyü filmin çəkilişləri Adnan Menderesin ölüm ildönümü olan 17 sentyabrda başlayıb. Çəkilişlər üçün 15 İyul Şəhidlər Körpüsü bir günlüyə bağlanıb. Filmin fragman çəkilişləri üçün isə 1.5 milyon lirə ayrılıb.
Rejissor Ali Avcı film barədə fikirlərini belə ifadə edib: "Gerçək bir oyanışın hekayəsini çəkirik. Çəkilişlərdə göz yaşlarımızı tutamadıq. Bu film illər sonra tarixin arxivində özünəməxsus yer tutacaq”.
Sfera.az