64 yaşlı Şeron Stoun görənləri şoka saldı - FOTO
64 yaşlı amerikalı aktrisa Şeron Stoun Səudiyyə Ərəbistanı Ciddə şəhərində beynəlxalq “Qırmızı Dəniz” Film Festivalının qala gecəsinə qatılıb. Bir zamanların sex simvolu görənləri heyrətləndirib.
Sfera.az bildirir ki, dünya ulduzu Monsoori brendindən zefiri xatırladan uzun bej-çəhrayı paltarında çoxsaylı fotoqraflar qarşısında poza verib.
Onun sensasiyalı çoxqatlı tüldən boyunu fırfırlı, ortasında qara kaman olan libası hər kəsin diqqətini çəkib.
Şeron paltarını uzun qara əlcəklər və daban və platforma ilə eyni rəngli ayaqqabılarla tamamlayıb.
Film festivalının açılışında Stounla bərabər Priyanka Çopra, Freida Pinto, braziliyalı model Alessandra Ambrosio və kinoprodüser Jemima Qoldmeat da iştirak edib.
Xatırladaq ki, “Qırmızı Dəniz” Beynəlxalq Film Festivalı 34 dünya premyerası, 17 ərəb premyerası və 47 Yaxın Şərq və Şimali Afrika premyerası da daxil olmaqla 61 ölkədən 131 film və qısametrajlı filmin nümayiş olunduğu 10 günlük film festivalıdır.
Builki müsabiqənin rəhbəri rejissor, prodüser və ssenarist, üç “Oskar” mükafatı laureatı Oliver Stoun olub.
Xatırladaq ki, Şeron Stoun bu yaxınlarda etdiyi fotosessiyada “Əsas instinkt” filmindəki kult xatirəsini təkrarlamışdı.
Onun 1992-ci ildə hit olan “Əsas instinkt” filmindəki çarpaz səhnəsi müasir kino tarixinin ən möhtəşəm səhnələrindən biridir.
Şeron Pol Verhoevenin 1992-ci ildə çəkdiyi trillerində ölümcül qadın Katherine Tramell rolunu, Maykl Duqlas isə varlı varis Ketrinin keçmiş sevgilisini canlandırıb. Məşhur sorğu-sual səhnəsində Şeronun obrazı Ketrin polislər tərəfindən sorğu-sual edilir və şübhəli qadın ayaqlarını açaraq onların diqqətini yayındırır, onları yenidən çarpazlayır.
Qızın həmin vaxt alt paltarı olmadığını görən kişiləri həyəcanlandırır.
Aynil