Partlayışda 9 nəfər öldü
17:49 / 27.09.2016
1489
İraqın paytaxtı Bağdadda partlayış törədilib. Hadisə nəticəsində 9 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Terrorçunun intihar kəmərini işə salması ilə meydana gələn partlayış paytaxtın şərqindəki Bağdad əl-Cədidə rayonunda baş verib.
Hələlik terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.
"Al Sumaria" telekanalı isə Bağdadın cənubunda törədilən ikinci partlyışın olmasını xəbər verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bilinsə də, dəqiq sayı məlum deyil.