Bu marşrut xəttinin son dayanacağı dəyişdirildi

Cəmiyyət
18:42 / 02.12.2022
21738
31 nömrəli marşrutun hərəkət sxemi üzrə son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdirilib.
Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, son dayanacaq məntəqəsi Səbail rayonu, Badamdar qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından dəyişdirilib.
Təmir işləri yekunlaşdırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə hərəkəti təmin ediləcək.